Agua Therm 2016

image

19-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq “İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2016”) sərgisi keçiriləcək. Hər il olduğu kimi bu il də "Yusi Ko" Şirkəti 2 stendi ilə sərgidə iştirak edir. Azərbaycandakı rəsmi, ekskluziv distribüteri olduğumuz Ukraynanın “VENTS“ Şirkətinin avadanlıqları bu il, bir neçə yeni modelləri ilə ilk dəfə stendimizin qonaqlarına nümayiş olunacaq.  Stendimizdə öz əvəz olunmaz yerini alan Almaniyanın Zehnder Dizayn Radiatorları və Dəsmal qurudanları çoxlu rəng çeşidi və fərqli dizaynı ilə yenə göz oxşayacaq. Həmçinin Danimarkanın “Danfoss” Markası, Almaniyanın Vaillant kombiləri, Türkiyənin “DG Vision” Radiatorları Stendimizdə nümayiş olunacaq Brendlər arasındadır.  Sərgidə peşəkar mühəndislərimizdən Sizi maraqlandıran avadanlıqlar haqqında məlumat almaqla yanaşı, xidmətlərimizə 10%  Endirim Kuponu əldə edə bilərsiz.

Sərgiyə bilet əldə etmək üçün Əhməd Rəcəbli 224 ünvanında yerləşən Salon-Mağazamıza gələ bilərsiz və ya http://www.bakubuild.az/az-register/ link vasitəsi ilə onlayn qeydiyyatdan keçə bilərsiz.

 Sizi də stendimizdə görməyə şad olarıq. Stendlərimizin nömrəsi A 2110; A 2070.